BusinessClub Azerbaijan

Tez-tez soruşulan suallar

“BusinessClub”da qazanmağın tək səbəbi  üzvlərin bir-biri ilə möhkəm əlaqələr qurması üçün vaxt və səy sərf etməsidir.Bu müvəffəqiyyətlərin davam etməsi üçün bütün üzvlərdən və üzv olacaqlardan bir-birlərinə qarşı  öhdəliklər götürmələrini xahiş edirik.

“BusinessClub” yerli və xarici iş adamları arasında korporativ əlaqələrin yaradılmasına dəstək məqsədi ilə qurulmuş təşkilatdır. “BusinessClub”da müxtəlif peşələri təmsil edən iş sahiblərini bir araya gətirən “işçi qrupları” yaradır. Bir-birlərinə iş imkanları yaratmaq niyyəti ilə yaradılan bu qrupların bütün üzvləri “BusinessClub” tərəfindən bunu necə effektiv və sürətli etmək barədə təlim alırlar.

 Üzvlər sizi tez bir zamanda çatmaq istədiyiniz hədəfə aparan vacib əlaqələrdir. Bütün üzvlər bir-birinə dəstək olaraq  əlaqələrini və çevrələrini sizin üçün istifadə etməyə çalışırlar. Əlbətdə ki, bu bir sistem vasitəsilə və nəzarətli bir şəkildə edilir. Ən əsası, satış və marketinq komandanız kimi çalışan “BusinessClub”u  doğru hədəfə yönəldirməniz, hədəf sektoru, hədəf şirkəti və çatmaq istədiyiniz şəxs haqqında məlumat verərkən, iş inkişaf planlarınızı da bölüşməyiniz çox vacibdir. Daha sonra “BusinessClub” üzvləri strategiyanıza uyğun hərəkət edərək daha sürətli irəliləməyinizə şərait yaradacaqlar.

“BusinessClub” əsas olaraq şirkət sahibləri üçün yaradılmış platformadır. Üzvlərimizin öz işlərində qərar verici şəxs olmasını istəyirik.

“BusinessClub” üzvlər üçün yaradılmış platformada işlərini inkişaf etdirə bilmək şərait yaradır. Bütün “BusinessClub” üzvləri “Connect Business Club” ilə  Azərbyacan  və  xaric ölkələrdən olan üzvlər ilə  iş ortaqlığları quraraq işlərini inkişaf etdirə bilər. 

Sualınız var?